Nepalın paytaxtı Katmanduda “Saurya Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 11:00 radələrində baş verib.
Sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
Təyyarədə 19 sərnişin olub, onlardan 18 nəfər ölüb.
Qəzanın səbəbi barədə məlumat verilmir.