WhatsApp Image 2024 02 15 at 17.12.31

Çin ABŞ-la silahların yayılmasına nəzarətlə bağlı konsultasiyaları dayandırıb.

Globalinfo.az xəbər verir ki, məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, buna səbəb ABŞ-ın Tayvana silah satması olub.

“Müəyyən edilən dövr ərzində Çinin etirazlarına və danışıqlara baxmayaraq, ABŞ Tayvana silah satışını davam etdirib. Çin ABŞ-la məsləhətləşmələri dayandırmaq qərarına gəlib” .

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi sayır. Pekin bundan öncə dəfələrlə Tayvan məsələsini həll edəcəyini desə də, bunun necə ediləcəyi bilinmir. Qərb Pekinin Tayvana hücuma hazırlaşdığını deyir, amma Çin bu iddianı nə təkzib, nə də təsdiq edir. Lakin Çin son illər Tayvan ətrafında hərbi təlimlərini artırıb. ABŞ Tayvana hücum zamanı onu müdafiə edəcəyini açıqlayıb.

Ekspertlər isə Çinin Tayvana hücumunun qaçılmaz olduğunu deyirlər. Lakin onlar bu savaşın böyük itkilər hesabına başa gələcəyini də bildirirlər. Onların fikrincə, Çini də indiki dönəmdə çəkindirən məhz bu məqamlardır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: