Azərbaycanda qatar aşdı – ADY-dən açıqlama

Azərbaycanda qatar aşdı - ADY-dən açıqlama

Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.

Globalinfo.az xıbır verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Qeyd olunub ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub:

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

***16:06

Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində 16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Biləcəri stansiyasına doğru hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarının beş vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır”, – məlumatda vurğulanıb.

***15:45

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb. 

Globalinfo.az bildirir ki, Bizim.Media-ya daxil olan məlumata görə, hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.

Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.

Azərbaycanda qatar aşdı - ADY-dən açıqlama Azərbaycanda qatar aşdı - ADY-dən açıqlama Azərbaycanda qatar aşdı - ADY-dən açıqlama Azərbaycanda qatar aşdı - ADY-dən açıqlama