Sürücü sərnişinlərin həyatını riskə atdı – VİDEO

Avtobus sürücüsü yol hərəkəti qaydalarını pozaraq sərnişinlərin həyatını riskə atıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, görüntü bu gün Beynəlxalq Avtovağzaldan yola düşən Bakı-Tərtər reysi üzrə hərəkət edən avtobusda lentə alınıb.

Belə ki, martın 21-i saat 13:00-da Bakıdan-Tərtər istiqamətində yola düşən, 99-XX-614 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü sükan arxasında telefonla danışır. Sərnişinlərin iradına baxmayaraq, sürücü telefon danışığını yekunlaşdırmayıb.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna görə, sükan arxasında hərəkət zamanı əldə mobil telefon saxlamaq və ondan istifadə etmək inzibati xəta tərkibi yaradır.