Ermənistan sürətlə silahlanır – “Dəhliz müharibəsi” olmayacaq!”

Ermənistan sürətlə silahlanır - "Dəhliz müharibəsi" olmayacaq!"

“Bakı və Ermənistan arasında yeganə problem Zəngəzur dəhlizinin açılmaması deyil”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov son günlər Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı açıqlamaların artması haqda danışarkən deyib.

O bildirib ki, Ermənistanın sürətlə silahlandırılması, konstitusiyasında təsbit olunan ərazi iddiaları Azərbaycana qarşı real təhdiddir:

“Rəsmi Bakı müxtəlif səviyyələrdə bunu dəfələrlə bəyan edib. Əlbəttə, nə Azərbaycan, nə də Ermənistan müharibə istəyir. Növbəti müharibə Ermənistan üçün dağıdıcı ola bilər. Zəngəzur dəhlizinin diplomatik yolla açılması mümkündür.

İkitərəfli təmaslar nəticəsində indiyə kimi bir çox nəticə əldə olunub. Amma Zəngəzur dəhlizinin açılması müharibə ehtimalını tam istisna etmir. Azərbaycan davam edən təhdidləri bütün mövcud variantlarla aradan qaldıra bilər”.

Turan Rzayev
Globalinfo.az