“Fransa Rusiya ilə müharibə etmədən Ukraynaya yardım göstərəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Biz eskalasiyaya can atmadan və Rusiya ilə müharibə vəziyyətinə düşmədən Ukraynanı dəstəkləməyə və öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. Avropada təhlükəsizliklə bağlı vəziyyət narahatedicidir. Ona görə də, Fransa ukraynalıları lazım olan müddət ərzində təchiz edəcək”, – deyə Makron vurğulayıb.
Xatırladaq ki, daha öncə Makron NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakından söhbət getmədiyini, lakin Kiyevə dəstək vermənin çox vacib olduğunu bildirib. O, həmçinin Moskvanı NATO-nun birliyini zəiflətməyə çalışmaqda ittiham edib və alyansın öz ərazisini təhdidlərdən qoruyacağına söz verib.
Müşviq Tofiqoğlu
Globalinfo.az