m346

Polşa ordusuna məxsus “M-346” təlim təyyarəsi ölkənin şimalında Qdınya şəhərinin hava limanında qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, təlim təyyarəsi hava limanının uçuş-enmə zolağına çırpıldıqdan sonra alovlanıb.

Hadisə zamanı təyyarədə yalnız bir pilot olub. Onun katapult etdiyi bildirilir.

Paylaş: