
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan olunduqdan sonra radikal sağçıları dəstəkləyənlər küçələrə axışıb və mitinqə başlayıblar.
Globalinfo.az xəbər verir ki, sağçı tərəfdarlarla polis arasında qarşıdurma yaşanıb.
Təhlükəsizlik orqanlarının əməkdaşları etirazçıları dayandırmaq üçün barrikadalar qurub, gözyaşardıcı qazdan istifadə ediblər.
Seçkilərdə lider olduğu iddia edilən solçular tüstünlük qazanacaqları təqdirdə Fransanın Fələstin dövlətini tanımasına nail olacaqlarını bildiriblər.
Qeyd edək ki, seçkilər nəticəsində siyasi bloklardan heç biri 289 mandatın əksəriyyətini əldə edə bilməyib.
Ayşən Mustafa
Globalinfo.az