
MMA döyüş növü üzrə Azerbaijan Fighting League (AFL) Kəmər döyüşü keçirilib.
Globalinfo.az xəbər verir ki, idman sahəsində Azərbaycana neçə-neçə dünya nüfuzlu idmançılar bəxş etmiş Acalovlar nəslinin daha bir nümayəndəsi yüksək nəticə əldə edərək növbəti qələbəyə imza atıb.
Belə ki, ölkədə və ölkə hüdudlarından kənarda idmandakı nailiyyətlərilə daim səs salan, həmçinin böyük nailiyyətlər əldə edən Acalovlar nəslinin azyaşlı nümayəndəsi Emin Acalov MMA döyüş növü üzrə AFL-in kəmər döyüşünün qalibi olub.
11 yaşlı Emin 28 kiloda rinqə çıxıb. O, həmyaşıdlarına qalib gələrək yarışı ilk pillədə tamamlayıb. Nəticədə E.Acalov kəmər döyüşünün qalibi olub.
Qeyd edək ki, Acalov Emin Musa oğlu 2013-cü ildə Bakı şəhərində anadan olub. İdmana olan sevgisi və həvəsi onda lap kiçik yaşlardan yaranıb. O, 5 yaşından qaydasız döyüş üzrə məşqlərə gedib. Bu müddət ərzində bir çox Respublika çempionatlarının və beynəlxalq turnirləririn qalibi olan Emin ümumilikdə 56 dəfə çempion adını qazanıb. Belə ki, kiçik Acalov 2 kəmər, onlarla diplom və kuboklara layiq görülüb.
Emin Acalov
Həmin videonu təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az