Ermənistanın Ararat vilayətinin Avşar kəndində sakinlər arasında kütləvi dava silahlı insidentlə nəticələnib.
Globalinfo.az xəbər verir ki, 18 yaşlı Karen K. ilə 27 yaşlı Lüdviq M. arasında dava olub.
Bu vaxt sonuncu Karenin ayağına odlu silahdan atəş açıb.
Məlumata görə, davada 3-4 nəfər iştirak edib. Hadisəni törədən Lüdviq M. qaçıb.
Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.