AVRO-2024: İngiltərə yarımfinala yüksəldi

 

AVRO-2024: İngiltərə yarımfinala yüksəldi

Əsas vaxtda qalib müəyyən olunmadığı üçün əlavə 30 dəqiqə oynanılır. Burada da tarazlıq pozulmasa, penalti zərbələrinə müraciət ediləcək.

İngiltərə – İspaniya matçı 1-1 hesabı ilə yekunlaşdı. Hazırda penalti zərbələri yerinə yetirilir.

İngiltərə İsveçrəyə penalti zərbələrində (5-4) qalib gələrək yarımfinala yüksəldi.

XXX

Embolo 75-ci dəqiqədə İsveçrəni hesabda önə keçirdi: 0-1.

Saka 80-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

XXX

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə – İsveçrə matçında ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, hazırda davam edən qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

XXX

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə – İsveçrə matçına start verilib.

Globalinfo.az xəbər verir ki, qarşılşama Düsseldorf şəhərindəki “Esprit Arena”da keçirilir.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.