“Ermənistana gələn konqresmenlər Azərbaycanın lobbiçiləri olub”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni ekspert, keçmiş deputat Arman Abovyan çıxış edib.
O, İrəvana gələn konqresmenlərdən birinin Robert Aderholt olduğunu və onun ABŞ-Azərbaycan dostluq qrupunun həmsədri olduğunu deyib.
Abovyanın sözlərinə görə, amerikalıların heyətində yer alan Co Uilson azərbaycanyönlü olması ilə tanınır, Endi Harris isə “erməni soyqırımı”nı inkar edənlərdəndir:
“Bu üçü Türkiyə-Azərbaycan tandeminin əsas lobbiçilərindəndir. Onlar burada nə edirlər? Niyə onlar Ermənistana gəliblər? Onlar burada nə müzakirə edirlər?”
Qeyd edək ki, amerikalı senatorlar bundan öncə Ermənistana səfər edib, ölkənin əsas rəhbər heyəti ilə görüşüblər.
Əliyar Xəlil
Globalinfo.az