“Paşinyan hakimiyyəti gözlənilməyən anda silkələnə bilər”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Suran Surenyants çıxış edib.
“Onun xaricdəki xaç ataları pis vəziyyətdədirlər. Şarl Mişel Aİ-nin rəhbəri vəzifəsindən gedir. İfrat sağ və solun Fransadakı parlament seçkisində qazandığı uğur, Makronun siyasi çöküşünü göstərir. Qoca Bayden isə artıq gəzən əfsanədir və o, ABŞ-ın liberal maraqları üçün fiaskoya çevrilib. Bəs indi Paşinyan nə edəcək?
O da ya banka, ya növbədənkənar seçkiyə gedəcək, ya da ki Vladimir Putinin fotosu önündə “şam yandıracaq”. Hər iki variant risklidir çünki ölkəni enerji böhranı və fiasko gözləyir” – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az