“Culian Assanc müharibə zamanı əsgərlərimizin həyatını təhlükəyə atmışdı və qanun çərçivəsində mühakimə edilməli idi. Bayden administrasiyasının Assanc ilə sövdələşməsi ədalətin pozulmasıdır və Silahlı Qüvvələrimizin kişi və qadınlarının, onların ailələrinin xidmətinə və qurbanlarına hörmətsizlikdir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens özünün “X” sosial media şəbəkəsində deyib.
O bildirib ki, ABŞ ordusunun və ya ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradan heç kəs üçün həbsxanadan yayınmağa şərait yaradacaq bir müqavilə olmamalıdır.