“Rusiya 44 günlük müharibədə müxtəlif səbəblərdən Ermənistana dəstək olmadı”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bunun bir neçə səbəbi var:
“Rusiya Ukraynadakı müharibəyə hazırlaşarkən və Suriyada təyyarənin vurulmasından sonra Türkiyə ilə böyük bir razılaşma əldə edildi. Kremlin məqsədi bu bölgədə mümkün sanksiyalardan yan keçmək idi. Rusiyanın istəyi bizdə hakimiyyəti dəyişərək, öz adamını gətirmək idi. Ruslar elə bilirdi ki, biz onlarsız var ola bilmərik”.
Zaira Akifqızı
Globalinfo.az














