resize

“Ermənistanla Rusiya arasında münasibətlərdə böhran var. Ona görə də, mövcud razılaşmalar əsasında yeni və dərin dialoq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan deyib.

“Bu gün Ermənistanın Rusiya ilə hüquqi əlaqələri var. Baxmayaraq ki, bu gün münasibətlər yaxşı vəziyyətdə deyil, tam zədələnib. Ona görə də münasibətləri müvafiq müqavilə razılaşmaları səviyyəsinə çatdırmaq və normal məcraya salmaq lazımdır. Bizim münasibətlərimiz son dərəcə dərin dialoq və qarşılıqlı anlaşma tələb edir. Problemlər çoxdur, lakin biz bütün bu məsələləri qarşılıqlı anlaşma və dialoq səviyyəsində həll etməyə hazır olmalıyıq”, – keşiş vurğulayıb.

Xatırladaq ki, artıq bir aya yaxındır ki, Ermənistanda kütləvi aksiyalar keçirilir. Onların da məqsədi Baş nazir Nikol Paşinyanın istefasına nail olmaqdır. Müxalifət artıq baş nazirliyə namizədinin arxiyepiskop olduğunu bəyan edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: