Ermənistan parlamentinin spikeri Alen Simonyan Paşinyanın Bakıya mümkün səfəri ilə bağlı səslənən iddialara cavab verib.
Globalinfo.az xəbər verir ki, Simonyan bu iddiaları absurd adlandırıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrda Azərbaycana səfər edəcəyi barədə yayılan məlumatlar sadəcə olaraq absurddur”, – deyə Simonyan vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan hökuməti başçısının mətbuat katibi Nazeli Bağdasaryan da Nikol Paşinyanın noyabrda Bakıya gözlənilən səfəri ilə bağlı yayılan məlumatları təkzib edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














