
İrana qarşı hərbi gücün tətbiqi istisna edilmir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.
“Biz hərbi həlli istəmirik, bu bizim yolumuz deyil. Prezident Bayden də bunu istəmir, amma yerdə qalan bütün variantlar uğursuz olsa, hərb variantı da nəzərdən keçiriləcək. Prezident aydın şəkildə deyib ki, biz İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik. Biz hər zaman üstünlüyü diplomatiyaya veririk, amma İran razılaşmaya qayıtmaq istədiyini nümayiş etdirmir”, – o bildirib.
İlkin
Globalinfo.az














