İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda son sözlə çıxış edən təqsirləndirilən E. Ağayev məhkəmədən ona bəraət verilməsini xaiş edib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Ev tikintisi ilə məşğul olan E. Ağayev ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.