Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vuqar Kəmaləddin oğlu Abbaslı yolu keçərkən avtomobil onu vurub.
Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.