421eb2ff e07c 3961 a5a7 78616b525d49 850

“Ukraynanın yaxın 30 il ərzində NATO üzvü olması gözlənilmir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

“NATO-nun əvvəlki sammitlərində verilən qərarları bilirsiniz. Ukraynanın yaxın zamanda üzv olması gözlənilmir. Yəqin ki, önümüzdəki 30 ildə mümkün olmayacaq”, – kansler bildirib.

Bundan əvvəl Almaniyanın Kiyevdəki səfiri Martin Yaqer Ukraynanın hərbi münaqişə başa çatana kimi NATO-ya üzvlüyünün mümkün olmadığını, alyansın səylərinin hazırda Kiyevi döyüş meydanında dəstəkləməyə yönəldiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: