WhatsApp Image 2023 10 25 at 10.10.55

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Hökumət Başçıları Şurasının bu gün Aşqabaddakı toplantısında iştirak etməyib.

Globalinfo.az xəbər verir ki, onun əvəzinə iclasa Ermənistanın Belarusdakı səfir Razmik Xumaryan qatıldığı bildirilib.

Daha sonra Baş nazirin müavini Mqer Qriqoryanın N.Paşinyanın əvəzinə toplantıya qatılacağına dair məlumatlar yayılıb. Lakin baş nazir aparatının nümayəndəsi “Haykakan Jamanak” qəzetinə bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri artıq bir müddətdir MDB və KTMT-nin tədbirlərində iştirakdan yayınır.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: