dollar avro 11

“Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadəsini təsdiqləyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski X sosial şəbəkəsində yazıb.

Söhbət Rusiya Federasiyası Mərkəzi Bankının bloklanmış aktivlərindən əldə edilən gəlirdən gedir.

Məlumata görə, bu vəsaitlərin böyük hissəsi Ukrayna Silahlı Qüvvələrini dəstək üçün istifadə olunacaq:

“Təkcə bu il üç milyard avroya qədər vəsaitin 90 faizi Ukrayna ordusuna gedəcək”, – o bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbdə dondurulmuş Rusiya aktivlərinin toxunulmaz qalmalı olduğunu, əks halda Qərbin oğurluğuna sərt cavab veriləcəyini bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: