Fransa Prezidenti Emmanuel Makron bu gün bir qrup yüksək vəzifəli məmurla etirazların baş verdiyi Yeni Kaledoniyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bunu hökumət sözçüsü Prisca Thevenot deyib.
Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var.
Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib. Bundan sonra etirazlar başlayıb.