Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin verdiyi açıqlama müzakirələrə səbəb olub. Belə ki, o, deputat olmasına dair təklif gələrsə, fikirləşə biləcəyini deyib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan A.Rzayev belə bir niyyətinin olmadığını bildirib.
“Mən deputat olmaq istədiyimi deməmişəm. Düzü, heç belə bir fikrim də yoxdur. Ona görə də, nazmizədliyimi irəli sürməyi düşünmürəm”, – Anar Rzayev deyib.
Zaira Akifqızı
Globalinfo.az














