ukrayna ordusujpg 1621075982

“Xarkov istiqamətində vəziyyət gərgin olaraq qalır, Rusiya Silahlı Qüvvələri Ukraynanın müdafiə xəttini yarıb keçmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun nümayəndəsi, polkovnik-leytenant Nazar Voloşin deyib.

Voloşin bildirib ki, Ukrayna ordusunun müqavimətindən sonra rus qoşunları hücumu dayandıraraq geri çəkilib:

“Son 24 saat ərzində Rusiya qüvvələrinin 11 hücumu dəf edilib. Hazırda Xarkov istiqamətində vəziyyət gərgin olaraq qalır. Ard-arda edilən hücumlara Ukrayna hərbçilərinin cavabından sonra atışma nisbətən səngiyib. Xüsusilə Qlubokoye – Liptsy, Lukyantsı – Liptsy, Borisovka – Neskuchnoye və Şebekino – Volçansk kimi yaşayış məntəqələrində döyüşlər davam edir. Düşmən bu ərazilərdə üstünlük qazanmağa çalışır.

Ukrayna hərbçilərinin təhlükəsizliyi məqsədi ilə bəzi mövqelərdən geri çəkildik, fərqli yerlərdə qərarlaşdıq. Mövqelər dəyişdi. Biz əks-hücuma keçəcəyik və çox sayda artilleriya, PUA vasitəsilə düşmənə zərbə vuracağıq”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: