Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında zərərçəkənlərin kimliyi müəyyənləşib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:
Nəsibov Elvin İxtiyar oğlu
Vəzirzadə Xəzər Hilal oğlu
Babayev Mehman Cəfərqulu oğlu
Novruzov Müslüm Mürsəl oğlu
***16:26
Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.
“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – deyə MN-dən bildirilib.
***13:33
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.
Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.