iran israil muharibe 323

İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.

Onun bildirib ki, İran ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan İsrailə müxtəlif tipli 350 mərmi atıb.

“Lakin İranın planı iflasa uğradı. İsrail ordusu hələ də yüksək hazırlıq vəziyyətindədir və mütəmadi olaraq vəziyyəti qiymətləndirir”.

Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.

“Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”, – deyə Haqari qeyd edib.

Paylaş: