arman tatoyan2

“Qazaxın kəndləri təhvil verilsə, Azərbaycan Ermənistana münasibətdə çox əlverişli mövqedə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan deyib.

O bildirib ki, Qazaxın 4 yaşayış məntəqəsi təhvil verilsə, Ermənistan strateji baxımdan təhlükəsizlik problemləri yaşayacaq.

“Strateji obyektlər ya Azərbaycanın nəzarətinə keçəcək, ya da hədəfə alınacaq. Söhbət ilk növbədə Gürcüstanı Ermənistanla birləşdirən dövlətlərarası yoldan gedir. Bu marşrutun müəyyən hissəsi yararsız hala düşəcək. Orada bizim də qaz kəmərimiz var və təhlükə altında olacaq”.

Onun sözlərinə görə, kəndlər təhvil verilsə, Azərbaycan Ermənistana münasibətdə çox əlverişli mövqedə olacaq.

“Bu ərazilər Bakıya strateji baxımdan lazımdır”, – deyə Tatoyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: