0e6e2f27 9fb5 4126 a007 cdc9251ba280 scaled

“Shokki Mokki” və UAFA təşkilatı uşaqların fiziki inkişafı və əyləncəsi üçün əməkdaşlığını davam etdirir. 

Globalinfo.az bildirir ki, qurumların icra edəcəyi yeni layihə “Kiçik addımlarla böyük uğurlar” adlanır.

Adıçəkilən layihənin daha bir tərəfdaşı isə “Vuvuzela media”dır.

Əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqların zehni inkişafı ilə yanaşı fiziki inkişafını da təmin etməkdir. Uşaqlar əylənərək öyrənəcəklər. Layihə Bakı ilə yanaşı bölgələr də həyata keçiriləcək. Gəncə, Hacıqabul, Siyəzən, Xaçmaz və Lənkərandakı “Məktəbim” təhsil ocaqlarına səfər ediləcək. Səfərdə tanınmış futbolçular da iştirak edəcək. Onlar futbol, fiziki aktivliklə bağlı tövsiyələrini uşaqlarla bölüşəcəklər. Uşaqlar arasında yarışlar keçiriləcək, qaliblərə “Shokki Mokki” və “Vuvuzela”dan hədiyyələr təqdim olunacaq.

Layihənin son görüşü 1 iyun Beynəlxalq Uşaqlar Günündə təşkil ediləcək.

“Kiçik addımlarla böyük uğurlar” barədə yenilikləri aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.youtube.com/@vuvuzelamedia

4765e600 74ec 4476 b38b 1daccf7e9640 462f2362 55ed 4932 a5df 5811a74398e9 scaled

 

 

Paylaş: