729 486 64fa23f9ef606

“Rusiya və Qərbin qarşıdurması bizə birbaşa təsir edir. Arxamızda güclü müttəfiq yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Tevos Arşakyan deyib.

“Növbəti gərginlik yaşanarsa (Azərbaycanla müharibəni nəzərdə tutur – red.), heç bir geosiyasi qütb bizə kömək etməyəcək. Məsələn, KTMT-ni misal çəkə bilərik. Uzun illər cəmiyyətimizdə bir inam var idi ki, Azərbaycanla yeni müharibə olarsa, həm Rusiya, həm də KTMT tərəddüd etmədən Ermənistanın tərəfində olacaq. Üstəlik, təkcə mənəvi, siyasi və diplomatik səviyyədə deyil, həm də hərbi səviyyədə bunu müşahidə edəcəyimizə inanırdıq. Amma 44 günlük müharibədə KTMT üzvlərinin heç biri bizə dəstək vermədi”, – o bildirib.

Arşakyanın sözlərinə görə, Ermənistan keçmiş “müttəfiqləri”ni Fransa və ABŞ-la əvəzləməyə çalışır:

“Amma Parisin yardımı bölgədəki güc balansını heç bir şəkildə dəyişdirməyəcək. Fransanın bütün vədləri Makronun kiçik silah müqaviləsi ilə məhdudlaşır. Fransa, şübhəsiz ki, Ermənistana kömək üçün öz qoşunlarını göndərməyəcək. Ermənistan rəhbərliyinin bir geosiyasi qütbdən digərinə atılması ölkəyə yaxşı heç nə vəd etmir. Əksinə, biz özümüzü regiondakı qarşıdurmanın episentrində tapırıq. Kollektiv Qərb Paşinyandan yalnız Ermənistanın KTMT-dən çıxdığını elan etməsini və Rusiya ilə bütün əlaqələri kəsməsini tələb edir. Amma əvəzində Qərb Ermənistana heç bir şey təklif etmir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: