way armenia rts1pg2z

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.

Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışından sonra ölkədə hakimiyyət əleyhinə yeni etiraz aksiyaları başlayıb.

Aksiya Ermənistan parlamentinin binası yaxınlığında keçirilir.

Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham edirlər. Etirazçılar Paşinyanın və mövcud iqtidarın ünvanına “İstefa!” şüarları səsləndirirlər.

Ermənistan mətbuatının məlumatında o da qeyd edilir ki, etirazlar hökumət binası yaxınlığında da keçirilir.

Qeyd edək ki, bu gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlamentdə bəyan edib ki, erməni tərəfi müəyyən sənəd imzalamaq niyyətindədir, ondan sonra çoxları yəqin ki, onu satqın elan edəcək.

Paylaş: