1659985597 7ef6isoyn5iutaqbej7gz73f5m

ABŞ 2024-cü ildə Rusiyadan uran idxalına qadağa qoyulmasını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olur ki, Birləşmiş Ştatlar Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağanın bu ildən qüvvəyə minəcəyini gözləyir.

2023-cü ilin dekabrında ABŞ Konqresinin Nümayəndələr Palatası 2040-cı ilə qədər qüvvədə qalacaq Rusiya mənşəli az zənginləşdirilmiş uranın idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.Bu qanun layihəsi Rusiyanın və ya bu ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən birinin istehsal etdiyi az zənginləşdirilmiş uranın idxalının məhdudlaşdırılmasını təklif edir.

ABŞ nüvə sənayesi, dekabr ayında Nümayəndələr Palatasının ikitərəfli qaydada tədbirin lehinə səs verməsindən sonra Rusiyadan zənginləşdirilmiş uranın idxalına qoyulan qadağanın bu il qüvvəyə minəcəyini gözləyir.
Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: