Amerika Birləşmiş Ştatları və Böyük Britaniya silahlı qüvvələri Yəməndə husi qüvvələrinin mövqelərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli “Al Masirah” telekanalı məlumat yayıb.
“Yəmənin Hodeyda vilayətinin Ras-İsa limanının ərazisinə iki dəfə zərbə endirilib”, – məlumatda bildirilib.
Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.