Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

***
Füzulidə mədəniyyət evi yanır.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.
Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialında fəaliyyət göstərir.
Yanğının səbəbləri ekspertizanln nəticələrindən sonra məlum olacaq.