
Sosial şəbəkələrdə qeyri-etik hərəkətləri ilə ictimai qınağa səbəb olan Əli-Afiyəddin Cəlilovun xəstəxanadan fotosunu əldə etmişik.
Globalinfo.az Baku.ws-yə istinadən xəbər verir ki, o, xəstəxanada anası ilə birlikdə qalır.
Xatırladaq ki, sosial şəbəkələrdə çəkdiyi videolarla narazılıq yaradan şəxs yanvarın 29-da valideyni ilə birgə polis idarəsinə dəvət olunub. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
“Jalilov”un atası Nihad Cəlilov hər kəsdən üzr istəyib.
O, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.
N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.















