ABS ordu

“Birləşmiş Ştatlar Yaxın Şərqdəki bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin həlak olması Vaşinqtonu “daha ​​qəti cavab”a vadar edəcək.

Agentlik yazır ki, ABŞ İrana qarşı gizli əməliyyatda iştirakını elan etməyəcək və ya birbaşa Tehran rəsmilərinə hücum həyata keçirəcək.

“Bu, Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər”, – “Blumberq” yazıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: