Rumıniyalı nazirdən ETİRAF: “Müharibəyə hazırlaşmaq üçün səbəbimiz yoxdur”

Rumıniyalı nazirdən ETİRAF: "Müharibəyə hazırlaşmaq üçün səbəbimiz yoxdur"

“Rumıniyanın Baş naziri Marsel Ciolacu ölkəsinin müharibəyə hazırlaşmalı olduğunu düşünmür”.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Avropada münaqişə ehtimalı ilə bağlı bəyanatına cavab olaraq bildirib:

“Bizim müharibəyə hazırlaşmaq üçün heç bir səbəbimiz yoxdur”, – deyə rumıniyalı nazir vurğulayıb.

Xatırladaq ki, Britaniya ordusunun Baş Qərargah rəisi Patrik Sanders Avropada potensial silahlı qarşıdurmaya hazır olmağın vacibliyi haqda fikir səsləndirib.

Əliyar Xəlil,

Globalinfo.az