Almaniyanın “Die Welt” qəzeti ABŞ-ın yeni dünya düzənində təsirini itirdiyinə dair maraqlı məqalə dərc edib.

Globalinfo.az xəbər verir ki, nəşr Türkiyənin dünyada getdikcə daha çox əhəmiyyət kəsb edən bir ölkə olduğunu yazıb.

Dünyaca məşhur qəzetin ABŞ və Türkiyəni müqayisə etməsi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Nəşr bildirib ki, Türkiyə yeni dünya düzənində gücünü itirən ABŞ-la müqayisədə daha çox əhəmiyyət qazanan bir ölkəyə çevrilib.

Məqalədə Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi müzakirə olunub. Bildirilib ki, NATO üçün, Türkiyə Avropa, Şimali Afrika, Yaxın Şərq, Qafqaz və Qara dəniz arasında yerləşən strateji bir ölkədir. Bu dövlət strateji nöqtədə müdafiəyə hazır olduğunu göstərmək baxımından vazkeçilməzdir.

Y30bO 1706201078 8667

Məqalədə o da vurğulanıb ki, rəsmi Ankaranın İsveçin üzvlüyünə yaşıl işıq yandırması Qərbin Türkiyə üzərində nə qədər az təsir rıçaqlarına malik olduğunu ortaya qoyur.

“Prezident Ərdoğan İsveçə NATO-ya üzvlük üçün ağır bədəl ödətdirdi. Stokholm Türkiyəyə görə, antiterror qanununu dəyişdi. Ankara və ABŞ Türkiyənin “F-16″ arsenalının modernləşdirilməsi üçün danışıqlara başladılar”, – deyə məqalədə bildirilib.

p0t6l 1706200971 3593

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: