1706021885 8174dcd3e6b1e3ecbed0d7df5a9269ad1680093404 18f04ce6e488c36075651777bcaf955bc555735d27d75b217a2ab8c1b1030d6e1629097377 1629093480 1 jpg jpg jpg

Fövqəladə Nallar Nazirliyinin (FHN) Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıblar.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Elnur Oqtay oğlu Xudaverdiyev Samux, Cəlaləddin Nazim oğlu Əfəndiyev isə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Əhmədəli Eyvaz oğlu Eyvazlı Qax, Ruslan Zahid oğlu Mehtiyev Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

Paylaş: