52197577efb236024725ac360fc4df60

Səudiyyə Ərəbistanı İsrailin tanınması üçün şərtlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysəl bin Fərhan fikir səsləndirib.

O bildirib ki, ölkəsi  fələstinlilər üçün dövlətin yaradılmasını ehtiva edən hərtərəfli razılaşma fonunda İsraili tanıya bilər.

Şahzadə Faysal bin Fərhan Davosda Dünya İqtisadi Forumundakı çıxışında deyib:

“Biz regional sülhün əldə olunmasını istəyirik. Ancaq bu, Fələstin dövlətinin yaradılması fonunda baş verə bilər”.

Səudiyyə Ərəbistanının İsraili daha geniş siyasi razılaşmanın bir hissəsi kimi tanıyıb-tanımayacağı sualına isə Faysal bin Farhan “qeyd-şərtsiz” cavabını verib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: