Pasinyan sahmat 1

Bəzi ekspertlər bildirirlər ki, ABŞ Yaxın Şərqi müharibə alovuna qərq etmək istəyir. Dövlət katibi Entoni Blinkenin son Yaxın Şərq səfərinin yekun dəyərləndirməsi və ABŞ-ın bu regionla bağlı addımları bölgəyə yaxşı nəsə vəd etmir. Rəsmi Vaşinqton mütəmadi olaraq Cənubi Qafqazla da bağlı müxtəlif gedişlər edir.

Bu perspektiv yeni dincliyə qovuşmuş Cənubi Qafqaza və buranın aparıcı ölkəsi Azərbaycana nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, ABŞ yalnız Yaxın Şərq deyil, bütün dünya üçün ən böyük problemdir:

“Ağ Ev rəsmiləri ayaqlarını hara qoysalar, ora od tutub yanır. Hansı ölkəyə “sülh və demokratiya” aparsalar, həmin ölkə onilliklər boyu davam edən müharibəyə düçar olur. Hazırda Yaxın Şərqdə hadisələrlə yanaşı, Ukraynanın başına gələnlər də ABŞ-ın geopolitik maraqları ucbatından yaşanır. Ona görə də dünya ölkələri ABŞ-ın fəlakət mənbəyi rolunu oynamasından nəticə çıxartsalar, özlərini qorumuş olarlar.

elcin

Elçin Xalidbəyli

Vaxt gələcək ABŞ-a sığınıb, sülh sazişindən yayınmağa çalışan Ermənistan da dövlətçiliyini itirəcək. Ağ Evin Cənubi Qafqaza yerləşmək niyyətinə düşməsi bu regiona yaxşı heç nə vəd etmir. Ümumiyyətlə, Vaşinqtonun dünyaya fəlakət gətirməsinin əsas səbəblərindən biri ABŞ-ın 34 trilyon dollarlıq dövlət borcu ilə bağlıdır. Bu fantastik borc ABŞ-ı bütün dünyanı qarışdırmağa, başqa zəif ölkələrin sərvətini ələ keçirməyə sövq edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: