“Dünya qlobal istiləşmə həddinə təhlükəli dərəcədə yaxındır”.
Globalinfo.az xəbər verir ki, ən son məlumatlara görə, 2023-cü ildə qlobal istiləşmə 1,48 dərəcə Selsiyə çatıb. Bu isə rekord göstərici hesab olunur.
Belə ki, 2023-cü ildə orta qlobal temperatur 14,98 dərəcə Selsi olub. Bu rəqəm, əvvəlki rekorddan 0,17 dərəcə yüksəkdir. Üstəlik, dünya okeanlarında istiləşmə də maksimum həddə çatıb.
Alimlər 2023-cü ildə rekord istilik qeydə alındıqda dəfələrlə narahatlıqlarını ifadə ediblər. Dünya 200-ə yaxın ölkənin 2015-ci il Paris Sazişinə əsasən qaçmağa çalışdığı 1,5 dərəcə həddinə çox yaxındır.
Aİ-nin “Kopernik” monitorinq xidmətinin məlumat və təhlillərinə görə, qlobal istiləşmə bu ilin əvvəlində güclənə bilər. Belə ki, yanvar və ya fevral aylarında bitən 12 aylıq dövrün 1,5 dərəcəni keçəcəyi proqnozlaşdırılır. Bu hədddən yuxarı istiləşmə Yer kürəsinin bir çox ekosistemlərinin uyğunlaşmasını çətinləşdirəcək.
“Kopernik”in məlumatlarına görə, qlobal temperatur 1970-ci ildən 2015-ci ilə qədər olan müddətdə 1 dərəcə qlobal istiləşmə həddini keçənə qədər davamlı yüksəlib. Hətta temperaturun daha isti olduğu son üç onilliklə müqayisədə 2023-cü il önə çıxır. Belə ki, bu il 1991-2020-ci illərin orta göstəricisindən 0,6 dərəcə çox isti olub.
Əliyar Xəlil,














