1704359135.mit manset 2165142 1

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində Türkiyəyə qarşı əməliyyat planları hazırlayan PKK terrorçusu Sadıq Şeyx Əhmədi zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

MİT-in apardığı araşdırmalarda Əhmədin Pencevin çölündə fəaliyyət göstərən və Türkiyəyə qarşı əməliyyat planlaşdıran Eriş Berxvedan kod adlı terrorçu olduğu müəyyən edilib.

Kəşfiyyatçılar onun yerini müəyyən edib. Sadıq Şeyx Əhməd MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

Paylaş: