“DQR” rəsmən bitdi: Azadlıqda qalan separatçılar İrəvandan Bakıya necə gətiriləcək?

“DQR” rəsmən bitdi: Azadlıqda qalan separatçılar İrəvandan Bakıya necə gətiriləcək?

“Dağlıq Qarabağ Respublikası” rəsmən ləğv edildi. Bu qondarma qurumla bağlı artıq kimsə manipulyasiya edə bilməyəcək. 30 illik bir dövr qapadıldı. Azərbaycan öz gücünə Cənubi Qafqazda ən böyük separatizm ocaqlarından birini söndürdü.

Maraqlıdır, separatçıların azadlıqda qalan nümayəndələri qanunla cəzalandırılacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü, ötən ilin sentyabr ayında antiterror əməliyyatı ilə suverenliyini bərpa etmiş oldu:

“Bununla da 30 illik “Artsax” respublikası”na son qoydu. Separatçı rejim də Azərbaycanın verdiyi təslim sənədinə və qondarma “DQR”-in rəsmən buraxılması haqqında sənədə də imza atdı. Samvel Şahramanyanın imzası ilə “DQR”in bütün qurumları buraxıldı. Ermənistanda ötən ilin oktyabrından separatçıların fəaliyyətinə icazə verilmirdi. Onların maliyyəsi də kəsilmişdi”.

“DQR” rəsmən bitdi: Azadlıqda qalan separatçılar İrəvandan Bakıya necə gətiriləcək?
Politoloq Məhəmməd Əsədullazadə

Politoloq qeyd edir ki, Azərbaycan onsuz da separatçıların əsas “liderlərini” həbs edib və onlar konstitusiyamızın qaydalarına uyğun olaraq cəzalarını tapacaqlar:

“Samvel Şahramanyan sözügedən sənədə imza atdığı üçün rəsmi Bakı onun Ermənistana keçməsinə icazə verdi. Separatçı qurumun digər nümayəndələrinin də qanunla cəzalandırılması gözləniləndir. Ölkəmizə qarşı cinayətkar, terrorçu fəaliyyət göstərmiş şəxslər sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan tərəfindən tələb edilə bilər. Lakin əsas “liderlər” hazırda zərərsizləşdirilib. Bu, 30 illik Ermənistan ideologiyasına ən böyük zərbələrdən biridir “.

Safura Bənnayeva
Globalinfo.az