
Xətai rayonunda baş verən yanğında iki mənzil yanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçisi Ramazan Ramazanov deyib.
Onun sözlərinə görə yanğınla bağlı məlumat saat 00:10 radələrində daxil olub.
“Hadisə yerinə çatarkən binaların həyətində park edilmiş avtomobillər yanğın texnikasının həyətə daxil olmasına maneə yaradıb. Bu səbəbdən bir az ləngimə olmuşdur. Yanğın iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermişdir. Üçotaqlı studiya mənzildə 2 otaq, mətbəx, dəhliz yanıb və bir otaq yanğından mühafizə edilib. Bundan əlavə 19-cu mərtəbədə yerləşən mənzilin plastik pəncərə çərçivəsi və 1 kvadratmetr döşəməsi yanmışdır. Yanğının söndürülməsinə Bakı Regional Qrupunun əməkdaşları da cəlb edilib. Bundan əlavə sakinlər təxliyyə edilib. Üç nəfər mühafizəçi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib”, – deyə qeyd olunub.
***01:01
Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan pirotexniki vasitələrdən biri yaşayış evinə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Günel Əbilova özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən Xətai Park Yaşayış Kompleksində baş verib.
Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.