1 11

Şəhidlərin məzarından oğurluq edən iki nəfər yeniyetmə – 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Onların oğurladığı gitara, hərbi çəkmə və hərbi dəbilqə polis tərəfindən aşkar edilərək şəhid ailələrinə qaytarılıb.

Hadisə ilə bağlı araşdırma davam edir və polis məsuliyyətli şəxslərin cəzalandırılacağını bildirir.

3 7

Şəhid ailələri əməli törədənlərin qısa zamanda saxlanılması və şəhidlərə məxsus əşyaların geri qaytarılmasına görə polis əməkdaşlarına təşəkkür edib.

Paylaş: