İrandakı səfirliyimizlə bağlı aktivlik var – Təhlükəli durum

İrandakı səfirliyimizlə bağlı aktivlik var - Təhlükəli durum

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.

Maraqlıdır, Tehrandakı səfirliyimizdə baş verən terror aktının hələ də araşdırılmaması fonunda səfirliyin fəaliyyətinin bərpası mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov qeyd edib ki, səfirliyimizə hücumla bağlı istintaq ədalətli nəticə ilə yekunlaşmalıdır:

İrandakı səfirliyimizlə bağlı aktivlik var - Təhlükəli durum

Oqtay Qasımov

“Azərbaycan səfirliyinə terror hücumundan 11 ay keçməsinə baxmayaraq, məsələnin obyektiv araşdırılması, cinayətkar və sifarişçilərin müəyyənləşdirilib cəzalarındırılması ilə bağlı İran hər hansı adekvat addım atmayıb. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır: İranla münasibətlərin normallaşmasını və səfirliyin bərpasını istəyir. Bunun üçün isə ilkin şərt terror aktını törədən şəxsin mühakiməsi, sifarişçilərin müəyyənləşdirilməsidir. Rəsmi Tehran isə prosesi ləngitməklə vaxt qazanmağa çalışır”.

Politoloq İranın səfirliyə hücumla bağlı obyektiv araşdırma aparmasına inanmadığını qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az