1101712

Dekabrın 23-də Hindistan yaxınlığında tankerin dronla vurulması ilə bağlı qalmaqal böyüyür. 

Globalinfo.az xəbər verir ki, Pentaqon tankerin İrana məxsus pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib.

İran Xarici İşlər Nazirliyi isə Vaşinqtonun ittihamlarını “əsassız” adlandırıb.

Hücumun ABŞ-ın Qırmızı dəniz və Ədən körfəzi istiqamətində husilərə qarşı əməliyyatlara hazırlaşması fonunda həyata keçirilməsi xüsusi diqqət çəkib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: