makron ela

Bu gün Fransa Senatı Azərbaycanla Ermənistan arasındakı münasibətləri müzakirə edəcək. Senatda Azərbaycanın əleyhinə qətnamə qəbul ediləcəyi gözlənilir.

Bu Azərbaycan-Fransa münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Fransa Senatında ölkəmizə qarşı qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək:

“Senat Fransanın qanunverici orqanıdır. Onların qanunlarına görə, xarici siyasət icra hakimiyyətinin səlahiyyətindədir və həmişəki kimi bu qətnaməyə belə bir şərh verəcəklər. Bu hal birinci dəfə deyil”.

T.Zülfüqarov qeyd edib ki, burada istər-istəməz Fransanın bizə və münaqişəyə münasibəti özünü büruzə verir:

“Digər tərəfdən burada təhlil üçün çox vacib məsələlər var. Bəllidir ki, Fransanın istəyi bu münaqişədə öz mövqeyini təsbit etmək siyasəti və marağı güdür. Qətnamədə Azərbaycana qarşı müxtəlif təzyiqlər təklif olunur. Orada Qarabağda hansısa humanitar missiya açmaq kimi təkliflər də var. Əlbəttə, bu, qəbuledilməzdir. Əgər Fransanın niyyəti bundan ibarətdirsə, onun vasitəçiliyi mümkün deyil”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: